Accessibility links

Ermənistanla dostluq abidəsinin dağıdılması planı yasaqlanıb


Ermənistanla dostluq abidəsinin dağıdılması planı yasaqlanıb
Ermənistanla dostluq abidəsinin dağıdılması planı yasaqlanıb

Türkiyənin Ərzurum şəhər məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanın Ermənistanla dostluq abidəsinin dağıdılması planını yasaqlayıb. Məhkəmə abidənin yerləşdiyi Qars şəhərinin təsdiqlədiyi plana müvəqqəti qadağa qoyub. Abidənin memarı Məhmət Aksoy planı dəfələrlə tənqid edib. 30 metrlik başa çatdırılmamış abidə iki nəfəri təsvir edir. Yanvar ayında Qarsa səfər edən cənab Ərdoğan abidəni müdhişlik adlandıraraq, onun yaxınlıqdakı islam məbədini kölgə altında qoyduğunu deyib. O, şəhər merinə abidənin yerləşdiyi bölgədə park salınmasına göstəriş verib. Baş nazir Ərdoğanın opponentləri planı tənqid edilərək, bunun siyati motivlərə əsaslandığını bildirir.

XS
SM
MD
LG