Accessibility links

O korrupsiya və qanunsuzluqlarla bağlı məqalə çap etdirdikdən sonra həbs edilib

İyunun 18-də Gəncə şəhər (Bakıdan 364 kilometr qərb) Nizami rayon məhkəməsinin qərarı ilə müxbir Ərşad İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Amerikanın Səsinə müxbirin əmisi Kamran Həşimli xəbər verib.

Onun sözlərinə görə, Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun qanunsuz hərəkətləri ilə bağlı araşdırma yazısı və video yayandan sonra müxbirə qarşı təzyiqlər başlayıb. Məhəmməd Bağırovun özü barədə Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində korrupsiya faktları ilə bağlı cinayət işi açılıb.

Video və yazı dərc edildikdən sonra Ərşad İbrahimovun guya təhsil şöbəsinin keçmiş müdirinin yaxınlarından 30 min manat tələb etməsi ilə bağlı iddia qaldırılıb. Nəhayətdə Gəncə şəhər Nizami rayon Polis İdarəsi müxbirin şahidlərə təzyiq etməsi ilə bağlı məhkəməyə məktub göndərib. Məhkəmə də bunu əsas gətirərək Ərşad İbrahimov barəsində həbs qəti imkan tədbiri seçib. "Hansı ki, məhkəmədə ilkin dindirmə zamanı həmin şahidlər Ərşad İbrahimov tərəfindən təzyiqə məruz qaladıqlarını bildirib”, K.Həşimli qeyd edib.

Müxbirin Ramiz adlı vəkili mətbuata məlumat verməyəcəyini bildirib. O Amerikanın Səsinin müxbiri ilə telefon söhbətində müdafiə etdiyi şəxsin Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğu barədə belə məlumat verməyib.

Ərşad İbrahimov Azadlıq qəzetinin bölgə müxbiri olub, Moderator.az və Avropa,info saytları ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG