Accessibility links

Dövlət Statistika Komitəsinə görə, meyvə və tərəvəz 6,2% və 9,9% bahalanıb

Ötən ilin dekabrında Dövlətstatkom bir çox ərzaq mallarının qiymətində ciddi bahalanma qeydə alıb. Amma 151 adda ərzaq malı üzrə müəyyən edilən inflyasiya aylıq hesablamada 2,6% olub. Halbuki bir sıra mallar 25-35% bahalanıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Dövlət Statistika Komitəsinə görə, meyvə və tərəvəz 6,2% və 9,9% bahalanıb. O cümlədən xiyar ay ərzində 35,4%, kartof 29%, soğan 25,4%, şirin bibər 23,5%, pomidor 7,4%, göyərti və kələm 4,1% bahalanıb.

Ay ərzində çörək məmulatı və yarma 0,2%, ət 0,3%, balıq 5,3%, süd məhsulları və yağ 0,7% bahalanıb. Yumurtanın qiymətində ötən ilin iyunundan dekabra kimi 7,3%, tütün məmulatında 9% artım olub. Ekspertlərə görə, inflyasiya ilk növbədə aztəminatlı ailələrə, o cümlədən əlil və pensiyaçılara zərbə vurur.
XS
SM
MD
LG