Accessibility links

Martın 3-də Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Humanitar Təşkilatının icra etdiyi "Azərbaycanda Milli Strategiya və Kiçik Fermer Təsərrüfatı vasitəsilə Ərzaq Təhlükəsizliyinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçirilmiş “Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri” adlı tədqiqat işinin təqdimatı keçirilib.

Mərasimdə beynəlxalq və yerli ekspertlər, Azərbaycanın rəsmi qurumlarının təmsilçiləri iştirak edib.

Tədqiqat materialında “Ərzaq təhlükəsizliyi və xarici ticarətin ona təsirləri”, “Azərbaycanın ərzaq təhlükəsizliyinin mövcud vəziyyəti”, “Kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində əsas ticarət tərəfdaşları ilə ticarət dövriyyəsinin və onun ərzaq təhlükəsizliyinə təsirlərinin təhlili”, “Ərzaq təhlükəsizliyinə Dünya Ticarət Təşkilatına üzvlüyün və Avropa İttifaqının Hərtərəfli Azad Ticarət Zonasına qoşulmanın mümkün təsirləri”, “Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri siyasət tədbirləri” üzrə araşdırmalar yer alıb.

Manatın ucuzlaşması ərzaq təhlükəsizliyinə, qiymətlərə təsir edəcək.

Olaf Heydelbax

“Ərzaq təhlükəsizliyi çox mühümdür. Manatın ucuzlaşması ərzaq təhlükəsizliyinə, qiymətlərə təsir edəcək. Azərbaycanda ailələr gəlirlərinin 80 fazini ərzaqa sərf edir. Doğrudur Neft Fondunda ehtityatlar var. Buna baxmayaraq Mərkəzi Bankın apardığı siyasət əhalinin sosial durumuna təsirsiz ötüşməyəcək”, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməliyyatlar şöbəsinin meneceri Olaf Heydelbax qeyd edib.

Ərzaq təhlükəsizliyi əsasən 4 amildən asılıdır: ərzağın mövcudluğu, ərzağa hamının əlçatımlığı, ərzaqdan istifadə (qidalanma zamanı ərzaqda olan vilaminlərin orqanizmə təsiri), ərzaq təminatının davamlılığı. Ərzaq istehsalı tələbatın 80-85 faizini, ehtiyatlar 20-25 faizini və qida rasionunda adambaşına düşən kalori 253-dən çox olduqda ərzaq təhlükəsizliyi təmin edilmiş hesab edilir.

Bu sahələr üzrə əksər məhsullarda özünü təminetmə 80 fazidən yuxarıdır.

Elxan Mikayılov

“Azərbaycan bitkiçilik məhsullarında arpa, meyvə, paxlalılar, kartof, tərəvəz, bostan məhsulları, heyvandarlıq məhsullarında mal və qoyun əti, süd məhsulları, sənaye məhsullarında süd və qaymaq, un, pendir, mineral və qazlı sular sahəsində özünü təminetmə səviyyəsindədir. Bu sahələr üzrə əksər məhsullarda özünü təminetmə 80 fazidən yuxarıdır”, deyə tədqiqatçı Elxan Mikayılov qeyd edib.

O bildirib ki, bir sıra məhsullar üzrə özünü təminetmə yüksək olsa da idxaldan xammal asılılığı yüksəkdir.

Oxfam-ın tədbiri

Oxfam-ın tədbiri

“Şəkər və şəkərdən hazırlanmış qənnadı məhsulları üzrə özünü təminetmə yüksək görünsədə bu məhsulların xammalı üzrə idxaldan asılılıq 95 faizdir. Xam süd üzrə idxaldan asılılıq 24 faizdir. İdxaldan asılıq 2013-cü ildə buğdada 44, qarğıdalıda 40, sair dənli bitkilərdə 97, kərə yağında 50, balıqda 28, düyüdə 85, çayda 100, bitki yağında 80, duzda 22 faiz olub. Ümumilikdə 2013-cü ildə Azərbaycanın ərzaqla özünü təminetmə səviyyəsi 81,2, idxaldan asılılıq 22 fazi olub”, tədqiqatçı bildirib.

Son illər süd məhsullarında, meyvə şirələrində, duz məhsullarında idxaldan asılılıq azalmaqda davam edir.

Ekspert hesab edir ki, idxaldan asılı məhsullar üzrə qiymətlərin artımı qaçılmazdır.

Elxan Mikayılov bildirib ki, Azərbaycan çay və şəkər üzrə idxaldan asılı olsa da özü İraq və Əfqanıstana həmin məhsulları ixrac edir.

Tədiqatlar göstərir ki, son illərdə bir sıra məhsullar üzrə yerli sitehsal olsa da ixrac da durmadan artır.

Ölkədə ixtisaslaşma aparılmadığından mal əti, kartof, meyvə, meyvə şirələri, giləmeyvələr, yağlar və b. məhsulların həm yerli istehsalı var, həm də idxal artır.

Elxan Mikayılov

“Ölkədə ixtisaslaşma aparılmadığından mal əti, kartof, meyvə, meyvə şirələri, giləmeyvələr, yağlar və b. məhsulların həm yerli istehsalı var, həm də idxal artır. Bu isə yerli istehsala mənfi təsir edir, həm də qiymətləri artma ehtimalı olan məhsulların çeşidinin çoxalmasına səbəb olur”, tədqiqatçı bildirib.

Ekspertlərə görə, Azərbaycanın ərzaq təhülksəizliyi üzrə risklər Rusiya (taxıl), Qazaxıstan (taxıl), Brazilya (şəkər 95 faiz), Şri-Lanka (çay 80 faiz) kimi ölkələrdəndir.

Azərbaycan isə öz məhsularını əsasən MDB ölkələrinə ixrac edir. Msaraqlıdır ki, Avropa İttifaqı ölkələırinə ixracda ərzaq məhsulları cəmi 0,1 faiz təşkil edir. Qonşu Türkiyəyə isə ümumiyyətlə ərzaq ixrac edilmir.

“Yaxın illərdə Rusiya və Qazaxıstan daÜmumdünya Ticarət Təşkilatının (ÜTT) standarlarına keçəcək və bu Azərbaycan məhsullarının bu bazarlara çıxışınınməhudulaşması deməkdir”, Mikayılov bildirib.

Oxfam-ın tədbiri

Oxfam-ın tədbiri

Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqlar çox uzun müddətdir davam edir və çox ləng aparılır. Ekspertlər hesab edir ki, ölkənin ÜTT-yə daxil olmnası iqtisadi islahatları sürətləndirər. ÜTT-yə daxil olmaq üçün isə siyasi qərar lazımdır.

“Əgər siyasi qərar olarsa yaxın 6 ayda Azərbaycan inkişaf etməkdə olan ölkə statusunda ÜTT-yə üzv ola bilər. Bunun üçün texniki hazırlıq işlərinin 80 faizindən çoxu görülüb. Qanunvericiliklə bağlı çoxsaylı layihələr hazırlanıb. Ancaq parlament və hökumət bu layihələrin qəbulunu uzadır. Çünki səndələrdə çoxsaylı stuktur islahatları nəzərdə tutulur. Rəqabət mühiti artacaq, ərzağa əlçatımlıq çoxalacaq və isehlakçıların xeyrinə qiymətlərin düşməsi baş verəcək”, tədqiqatçı bildirib.

Əgər siyasi qərar olarsa yaxın 6 ayda Azərbaycan inkişaf etməkdə olan ölkə statusunda ÜTT-yə üzv ola bilər.

Elxan Mikayılov

Ekspertlər həmçinin kənd təsərrüfatına subsidiyalarlın məhsulun maya dəıyırinin 10 faizindən çox olmamasını istyəyir. Subsidyalar birbaşa deyil, dolayısı ilə, yəni 70 faizə qədəri alətlər şəklində verilməlidir.

“Son illərdə kəınd təsərrüfatına ayrılan subsidiyalar məhsuldarlığın artmasına təkan verməyib. Bəzi məhsullar üzrə hətta istehsal aşağı düşüb. Məsələn, 2013-cü ildə taxıl və kartof istehsalı böyük həcmdə azlaıb”, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov qeyd edib.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Ekspertlər həmçinin rəsmi statistik rəqəmlərin reallığı əks etdirmədiyini deyib. Ərzaq təhlükəsizliyində gizli iqtisadiyyatın çəkisi nəzətrə alınmayıb.

“Məsələn Azərbaycan 2013-cü ildə Gürcüstandan 120 min başdan çox diri qara-mal, 160 min başdan çox diri qoyun idxal edib. Bu heyvanların hamsı ölkəyə gətirildikdən sonra kəsilərək satılıb. Amma, statisik rəqəmlərdə bu idxal olunan ət kimi qeyd edilməyib”, V.Məhərrəmov deyib.

Eyni zamanda Azərbaycan Gürcüstandan böyük həcmdə şərab idxal edir. “Amma bu statistik rəqəmlərdə yer almayıb”, Olaf Heydelbax qeyd edib.

Azərbaycan Gürcüstandan böyük həcmdə şərab idxal edir. Amma bu statistik rəqəmlərdə yer almayıb.

Olaf Heydelbax

Ekspertlər həmçinin toy və yas mərasimlərində israf edilən ərzaq məhsullarının statistik göstəricilərdə qida rasionu kimi göstərilməsinin əleyhinədir. İstimaiyyət bu israfçılığa qarşı çıxdıqdan sonra məhz ətin qiymətində 1 manat və digər ərzaq məhsullarınin qiymətlərində his ediəcək qədər enmələrmüşahidə edilib.

XS
SM
MD
LG