Accessibility links

Əsəd ailəsi: Suriyanın büdrəyən siyasi sülaləsi [Fotoqalereya]


Prezident Barak Obama Suriya ilə bağlı Amerika xalqına müraciətində avqustun 21-də Suriya hökumətinin kimyəvi silahlardan istifadə etdiyinə şübhə olmadığını deyib. ABŞ, Britaniya və Fransa kimyəvi silahlardan istifadəyə görə Suriya hökumətini məsuliyyət daşıdığını bildirib. Suriya hökuməti bunu qəbul etməsə də, Rusiyanın kütləvi qırğın silahlarının bu növünün beynəlxalq nəzarət altına alınması təklifindən sonra kimyəvi silah arsenalının saxlandığı yerlərlə bağlı detalları açıqlamağa razılıq verib.

Suriyanın Yaxın Şərqdə ən böyük kimyəvi silah arsenalına malik olduğu və onlara birbaşa ali baş komandan olan prezident Bəşar Əl-Əsəd və onun nüfuzlü kiçik qardaşı Mahir Əl-Əsədin nəzarət etdiyi bildirilir.


1980-ci illərdə Hafiz Əsədin səhhətində problemlər yaranan zaman onun siyasi varisinin kim olacağı məsələsi gündəmə gəldi. 1994-cü ildə ailənin böyük oğlu olan Bəsəlin ölümündən sonra diqqətlər Bəşar Əsədə yönəldi.

Yaxın Şərq üzrə ekspertlər Mahir Əsədi ailənin ən qəddar üzvü kimi təsvir edir. O, paytaxt Dəməşqin müdafiəsinə görə məsuliyyət daşıyan Respublika Qvardiyası və dördüncü zirehli diviziyanın baçısıdır. Əslində, rejimin müdafiəsi kiçik qardaş olan Mahir Əsədin çiyinlərinin üzərindədir. Qərb mənbələri kimyəvi silahlardan istifadənin arxasında da məhz Mahir Əsədin durduğunu ehtimal edir.

Təhlilçilər Mahir Əsədin digər qardaşlardan hər zaman daha fərqli olduğunu bildirir. Suriyanın keçmiş prezidenti Hafiz Əsədin böyük oğlu Bəsəl Əsəd 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişib. Əsəd ailəsinin daha bir oğlu- Məcd Əl-Əsədin ciddi əqli problemləri olduğu deyilir. O, 2009-cu ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əsəd ailəsində yeganə qız və ən böyük uşaq olan Buşra Əl-Əsəd 2012-ci ildə Suriyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə köçüb. O, beş uşağı və anası Ənisə Əl-Əsədlə birlikdə Dubayda yaşayır.

Yaxın Şərqin hakim ailələri arasında müasirliyi və Qərbə meylliliyi tanınan Əsəd ailəsi böyük siyasi kapital və nüfuza malikdir. Keçmiş prezident Hafiz Əsəd yoxsul ailədə anadan olmuş, Bəəs partiyasının sıralarına qoşularaq, silahlı qüvvələrdə hərbi karyera qura bilmişdi. Suriyanın müdafiə naziri və baş naziri olduqdan sonra o, 1971-ci ildə Suriyanın prezidenti olmuş və ölkəni 2000-ci ilə qədər idarə etmişdi.


Ölkəni təxminən 30 il idarə etmiş Hafiz Əsəddən sonra hakimiyyətə gələn Bəşar Əl-Əsəd dünya ictimaiyyəti tərəfindən potensial islahatlara yol açacaq bir lider kimi qəbul edilmişdi.


1980-ci illərdə Hafiz Əsədin səhhətində problemlər yaranan zaman onun siyasi varisinin kim olacağı məsələsi gündəmə gəldi. 1994-cü ildə ailənin böyük oğlu olan Bəsəlin ölümündən sonra diqqətlər Bəşar Əsədə yönəlmişdi. Hakimiyyətin Bəşar Əl-Əsədə keçidini təmin etmək üçün ata prezident oğluna ordu və hökumətin yüksək eşelonlarında böyük dəstək toplaya bilmişdi. Varisliyə can atan daha bir şəxs Hafiz Əsədin qardaşı Rifat olmuşdu. Lakin 1984-cü ildə qardaşı xəstə olan zaman ona qarşı dövlət çevrilişinə cəhd göstərmiş Rifat Moskvaya göndərilmişdi.

Ölkəni təxminən 30 il idarə etmiş Hafiz Əsəddən sonra hakimiyyətə gələn Bəşar Əl-Əsəd dünya ictimaiyyəti tərəfindən potensial islahatlara yol açacaq bir lider kimi qəbul edilmişdi. Ailədə siyasətdən daha çox elmə və təhsilə meylli bir adam kimi tanınan Bəşar Əl-Əsəd Dəməşq universitetinin tibb fakültəsini bitirdikdən sonra təhsilini Londonda davam etdirmiş, Western Eye Hospital xəstəxanasında oftalmologiya üzrə təcrübə keçmişdir. Həyat yoldaşı Əsma ilə tanışlıq da məhz həmin zaman baş vermişdi.


Əsma Əl-Əsəd (Bəşar Əl-Əsədlə ailə qurana qədər Əsma Əl-Ərxəs) Britaniyada yaşayan suriyalıların ailəsində anadan olub. O, Londonun Kral kollecində kompyuter və fransız ədəbiyyatı fənləri üzrə bakalavr dərəcəsi alıb. 2000-ci ildə Suriyada hakimiyyətə gələn zaman subay olan Bəşar Əl-Əsəd London dövründən sevdiyi Əsma ilə ailə qurmuşdu.


Sosial şəbəkədə yerləşdirilmiş fotoların "qəhrəmanı" olan qlamur görünüşlü Əsma Əl-Əsəd ictimaiyyət arasında könüllü kimi fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışır.

Suriyanın birinci xanımı kimi Əsma Əl-Əsəd qadın hüquqları və təhsil məsələlərinə xüsusi diqqət verirdi. 2011-ci ildə “Vogue” jurnalında Əsma Əl-Əsəd haqda “Səhrada qızılgül” adlı məqalə dərc etmişdi. Lakin həmin il Şimali Afrika və Yaxın Şərq ölkələrində Ərəb baharının baş verməsindən sonra “Vogue” Suriyanın prioritetlərinin jurnalın dəyərləri ilə üst-üstə düşmədiyini deyərək, məqaləni öz veb səhifəsindən çıxarmışdı.

Beynəlxalq ictimaiyyət Suriyanın kimyəvi silah problemini həll etmək yollarını axtardığı zaman Bəşar və Əsma Əsəd ictimai dəstək qazanmaq məqsədilə Instagram kampanyasına başlayıb. Sosial şəbəkədə yerləşdirilmiş fotoların "qəhrəmanı" olan qlamur görünüşlü Əsma Əl-Əsəd ictimaiyyət arasında könüllü kimi fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG