Accessibility links

Əsəd: Kimyəvi hücum haqda deyilənlər "100 faiz qondarmadır"


Bəşar əl-Əsəd AFP-yə müsahibə verir. 12 aprel, 2017.
Bəşar əl-Əsəd AFP-yə müsahibə verir. 12 aprel, 2017.

Suriya prezidenti Bəşar əl-Əsəd deyir ki, onun hökumətinin kimyəvi hücum etməsi haqda deyilənlər “100% qondarmadır”.

Fransa Press Agentliyinə müsahibə verən Əsəd Suriya hərbi qüvvələrinin bütün kimyəvi silahları təhvil verdiyini bəyan edib.

Onlar hücum etmək üçün bu hekayəni uydurublar.
Bəşar əl-Əsəd

“Bizim gördüyümüz budur ki, Qərb, ABŞ terrorçularla yaxından əməkdaşlıq edir. Onlar hücum etmək üçün bu hekayəni uydurublar.”

ABŞ ötən həftə kimyəvi hücumların qaynaqlandığı hesab edilən Suriya hava bazasına raket zərbələri endirib.

ABŞ bildirir ki, Suriya hərbçiləri İdlib vilayətində kimyəvi hücum törədərək onlarla adamın, o cümlədən qadın və uşaqların ölümünə bais olublar.

Bu həftənin əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurası Suriyanın kimyəvi silahlardan istifadəsini "qəbuledilməz" adlandıraraq, qadağan olunmuş silahları bütün dünyaya hədə adlandırıb. Şura Suriya və Rusiya hökumətlərini dünya ictimaiyyətini hücumun müəlliflərinin kimliyi barədə çaşdırmaq cəhdində ittiham edib.

Pentaqonun açıqladığı peyk şəkli Şayrat hava bazasına hücumun nəticələrini göstərir.
Pentaqonun açıqladığı peyk şəkli Şayrat hava bazasına hücumun nəticələrini göstərir.

Çərşənbə günü Rusiya BMT Təhlükəsizlik Şurasının Suriya diktatoru Əsədi ölümcül kimyəvi hücuma görə qınayan qətnaməsinə veto qoydu.

2013-cü ildə Suriya rejiminin sarin qazı ilə Dəməşq civarında üsyançıların nəzarət etdiyi qəsəbəyə hücum etməsi ABŞ-ın cavab tədbirləri hədəsinə yol açmışdı.

2011-ci ildə baş qaldıran vətəndaş müharibəsi nəticəsində ölkədə yüz minlərlə adam həlak olmuş, milyonlarla adam qaçqın düşmüşdür.

XS
SM
MD
LG