Accessibility links

Əsəd hakimiyyətinin gələcəyi Nyu-Yorkda müzakirə obyektidir


Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdə qalmalı olduğunu bildirib.

CNN telekanalına danışan Ruhani Suriyanın terroristlərdən təmizlənməsi üçün mərkəzi hökumətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Həsən Ruhani

Həsən Ruhani

İranın dövlət başçısı bildirib ki, terrorizmlə mübarizə üçün Əsədin hakimiyyətdə qalması mühümdür.

ABŞ-ın NPR radiosunun suallarını cavablandırarkən Ruhani Tehranın İŞİD-dən sonrakı Suriya ilə müzakirələr və dialoqlara yardım etməyə hazır olduğunu deyib.

Terrorizmlə mübarizə üçün Əsədin hakimiyyətdə qalması mühümdür

CBS kanalının “60 dəqiqə” proqramında çıxış edən Rusiya lideri də Suriyanın legitim hökumətini dəstəklədiyini bildirib.

Putin xəbərdarlıqla çıxış edərək, hər bir dəyişikliyin Suriyanı da regiondakı digər ölkələrin vəziyyətinə salacağını deyib. O, Suriyada effektiv hökumət quruculuğunun möhkəmləndirilməsindən başqa çarə görmədiyini bildirib.

ABC kanalına danışan ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Əsədin hakimiyyətdə qalmasının xarici döyüşçüləri Suriyaya cəlb etdiyini deyib.

Vladimir Putin

Vladimir Putin

"Əsədin öz xalqına qarşı qaz və barrel bombalardan istifadə etməsi bir yana, onun İŞİD-lə mübarizəsinin effektivsizliyi problemlər yaradır. Biz İslam Dövlətini hədəf almışıq. Suriyanın şimal bölgələrində İŞİD-in irəliləməsinə mane olmuşuq"-deyə səfir bildirib.

ABŞ-ın müdafiə rəsmiləri bildirib ki, Amerika tərəfindən təlimlərdən keçirilmiş Yeni Suriya Qüvvəsi Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nüsrə Cəbhəsinə koalisya tərəfindən təmin edilən 6 yük maşını və hərbi avadanlıq verib.

Təhlilçilər və ABŞ qanunvericilərinin fikrincə, ötən il İŞİD-in məğlubiyyəti üçün elan edilən təlim proqramı nailiyyətsizliyə uğrayıb. Konqres 15 min nəfərin təlimini nəzərdə tutan bu proqram üçün 500 milyon dollar məbləğində vəsait ayırıb.

Əsədin İŞİD-lə mübarizəsinin effektivsizliyi problemlər yaradır.

İyul ayında Əl-Nüsrə proqramı başa vuran 7 döyüşüçü və onların komandirini ələ keçirib.

ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri, general Lloyd Austin təlimlərdən keçən döyüşüçlərdən yalnız 5-nin qaldığını deyib.

Səfir Pauer isə təlimlərin zəruriliyini müdafiə edib.

O, bunu Amerika strategiyasının mühüm bir hissəsi adlandıraraq, Pentaqonun bəzi dəyişikliklər edəcəyini deyib.

Ötən həftə Rusiya prezidenti Amerikanın Suriyadakı rəqib döyüşçülərə dəstək verməsini tənqid etmişdi.

"Qeyri-legitim bir struktura hərbi dəstək verilməsi beynəlxalq qanunlara və BMT-nin xartiyasına ziddir. Rusiya yalnız leqal və hökumət strukturlarını dəstəkləyir "-deyə Putin bildirib.

Samanta Pauer

Samanta Pauer

Bu arada İraq İŞİD-lə mübarizə məqsədi ilə təhlükəsizlik və kəşfiyyat məlimatlarına dair Rusiya, İran və Suriya əməkdaşlıq edəcəyini bildirir.

Təhlilçilər isə Amerika ilə iş birliyindənsə, region ölkələrinin Rusiya ilə əməkdaşlığa üstünlük verdiklərini deyir.

XS
SM
MD
LG