Accessibility links

Əsəd yeni prezident seçkilərində iştirak edə biləcəyini deyib


Suriya prezidenti Bəşar Əl-Əsəd məqsədinin ölkəsindəki terrorçuları təmizləmək olduğunu deyərək bunun siyasi həll yoluna gətirib çıxaracağını və suriyalıların 4 il yarımdır bunu gözlədiyini bildirib.

Əsəd Rusiyadan olan bir qrup qanunverici və rəsmi ilə Dəməşqdə görüşüb. Dövlət SANA xəbər agentliyi bildirib ki, prezident terrorçu qruplaşmaların məhvi ilə Suriyanın süverenliyinin və ərazi bütövlüyünün bərpa olunacağını dilə gətirib.

Rusiya nümayəndə heyətindən bir üzv, qanunverici Aleksandr Yuşçenko Əsədə istinadən bildirib ki, o, yeni prezidenti seçkilərində iştirak edə və eləcə də Suriya xalqı istəsə parlament seçkiləri təşkil edə bilər.

Xatırladaq ki, Əsəd keçən il keçirilən seçkilərdən sonra 3-cü müddətə prezidentliyə başlayıb və bu müddət 7 il davam edir. Keçən ilki seçkilər hökumətin nəzarətindəki ərazilərdə keçirilmiş və müxalifət tərəfindən boykot olunmuşdu.

XS
SM
MD
LG