Accessibility links

Müdafiə Nazirliyi əsgərin erməni snayperi tərəfindən öldürüldüyünü bildirir

Dekabrın 27-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrimizin əsgəri Sərxan Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Qasımov Sərxan Vaqif oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
XS
SM
MD
LG