Accessibility links

Türkiyədə ABŞ əsgərlərinə hücum edənlərə qarşı ittiham irəli sürülüb


Türkiyədə ABŞ-ın hərbi dəniz qüvvələrinin 3 əsgərinə hücum edən 13 ultra-millətçiyə qarşı ittiham irəli sürülüb.

Onlar ictimai müdafiə qanunlarının pozulması, təhqir və xəsarət maddələri üzrə günahlandırılıb.

Prokurorluq Türkiyə Gənclər İttifaqının üzvləri olan hücumçuların 10 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.

Həmin şəxslər dənizçilərə boya atıb və onları həbs etməyə cəhd edib. Bir neçə gün İstanbulda olan USS Ross gəmisinin dənizçiləri xəsarət almadan gəmiyə qayıtmağa müvəffəq olub.

Türkiyə Gənclər İttifaqı hücumun video yazısını internetdə yayımlayıb. Videoda qrup üzvlərinin uniforma geyinməyən ABŞ dənizçilərinə hücum etdikləri nümayiş etdirilib.

Hücum həm ABŞ, həm də Türkiyə tərəfindən qınanılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG