Accessibility links

Onun yaralanmasına əsgər yoldaşının təhlükəsizlik qaydasını pozması səbəb olub

Azərbaycan Müdafiə Nazirliyinin Gəncədəki (Bakıdan 360 kilometr qərb) hərbi hissələrindən birində əsgər Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, güllə onun əsgər yoldaşı Nəcəfqulu Quliyevə dəyib. Əsgər hospitala yerləşdirilib.

Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə bu ilin yanvarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib. Ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb.
XS
SM
MD
LG