Accessibility links

Əsgər Möhsümoğlu: Amerikada silah daşımaq hüququ konstitutsional məsələdir


ABŞ prezidenti Barak Obama ölkədə odlu silahla törədilmiş zorakılıqların qarşısının alınması məqsədilə silahlara nəzarətə dair yeni ölçüləri açıqlayıb. Amerika cəmiyyətində silahlara nəzarət məsələsi ilə bağlı kəskin fikir ayrılıqları mövcuddur. Amerikanın Səsinin Azərbaycan xidmətinin baş redaktoru, tarix elmləri doktoru Əsgər Möhsümoğlu silahlara nəzarətlə bağlı cəmiyyətdə fərqli fikirləri və prezident Obamanın yeni ölçülər haqda sərəncamına reaksiyaları şərh edir.

Amerikada çoxları silah daşımaq hüququna xüsusi önəm verir

Milyonlarla amerikalı və o cümlədən, prezident Obama üçün silahlı zorakılıqlar emosional mənada önəm daşıyır. Son illər Amerikada odlu silahdan istifadə edilməklə törədilmiş cinayətlərin sayının artdığı müşahidə edilir və hər il on minlərlə insan silahlı zorakılıqların qurbanı olur.

Əsgər Möhsümoğlu: “Amerika cəmiyyətini başqa Qərb cəmiyyətlərindən fərqləndirən əsas cəhət konstitusiyada təsbit edilmiş odlu silah daşımaq hüququnun mövcudluğudur. Konstitusiyada birinci düzəliş söz azadlığı və din azadlığının təmin olunmasıdır. İkinci əsas azadlıq isə silah gəzdirmək azadlığı və silahlı dəstələr yaratmaq azadlığıdır.”

Bu hüquq qanunla Amerikanın Britaniyadan müstəqilliyi uğrunda mübarizə arapdığı zaman təsbit edilmişdi. O dövrdə insanların müstəqillik uğrunda mübarizə aparması üçün azad silah gəzdirməsi önəm daşıyırdı. “Və bu gün prezident Obamanın qarşılaşdığı əsas müxalifət konstitusiyaya düzəlişin bu növ interpretasiyasına diqqət yetirən Respublikaçılar partiyası, konkret qruplara gəldikdə isə Amerikada nüfuzlu Amerika Silah Assosiasiyasıdır.”

Obamanın təklif etdiyi yeni ölçülər effektiv olacaqmı?

Prezident Obamanın təklif etdiyi yeni ölçülər icraedici hakimiyyətin sərəncamı xarakteri daşıyır.

Əsgər Möhsümoğlu: “Amerika istənilən ölçünün davamlı, dayanıqlı olması üçün onu qanun şəklində qəbul olunması gözlənilir, tələb olunur. Prezident Obama demokratdır və onun irəli sürdüyü platforma da demokratların prinsiplərini təmsil edirir. Konqres isə istər Senat, istərsə də Nümayəndələr Palatası respublikaçıların nəzarətindədir. Belə olan halda prezident Obamanın irəli sürdüyü dəyikşiklikləri və məhdudiyyətləri qanun şəklində qəbul etdirməsi şansları çox zəifdir. Buna görə də prezident Obama bu dəyişiklikləri sərəncam halında həyata keçirmək qərarı verdi. Bu da o deməkdir ki, sərəncam halında bunun icra müddəti məhduddur.”

Silahlara nəzarət və ABŞ prezident seçki kampaniyası

2016-cı ildə prezident Barak Obama hakimiyyətinin sonuncu ilinə qədəm qoyub və çoxları onun hakimiyyətinin sonuncu ili onun siyasi platformasında mühüm bir sıra məsələlərlə bağlı qərarlar qəbul edəcəyi gözlənilir.

Əsgər Möhsümoğlu: “Silahlara nəzarət, immiqrasiya ilə bağlı sərəncamlar bu xüsusdan olan qərarlar kimi interpretasiya olununr. Hakimiyyətinin son ilidir, bir il qalır və bacardıqca çalışışr ki, mühüm hesab etdiyi, Amerika üçün mühüm hesab etdiyi məsələlərdə irəliləyiş əldə etsin. O biri tərəfdən Amerikada seçki kampaniyası start götürüb, qızğın seçki kampaniyası gedir və onun əleyhdarları, əsasən də respublikaçı düşərgədə bu kimi sərəncamlar debat mövzusu təşkil edir və onun əleydarları bundan seçki platformasında kimi istifadə etməyə can atırlar.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG