Accessibility links

Müdafiə Nazirliyinin əsgəri isə yaralanıb

Yanvarın 12-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayının 1990-cı il təvəllüdlü əsgəri Coşqun Rzayev ölüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlər Əlaqələr Mərkəzindən Amerikanın Səsinə bildiriblər ki, hadisə avtomatla ehtiyatsız davranma nəticəsində baş verib.

Coşqun Rzayev həmin vaxt keşikçi postunda tək növbə çəkirmiş.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Eyni zamanda yanvarın 12-də Ermənistan-Azərbaycan cəbhəsinin Tovuz rayonu istiqamətində Əlibəyli kəndi yaxınlığında Ermənistan tərəfin açdığı atəş nəticəsində 1995 təvəllüdlü əsgər Tapdıq Əhədli yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, atəş Ermənistanın Berd rayonunun Aygepar kəndi tərəfdən açılıb.
XS
SM
MD
LG