Accessibility links

Ehtiyatsızlıqdan güllə əsgərə dəyib


Avtomat
Avtomat

Hadisə ilə bağlı araşdırma aparılır

Azərbaycan Ordusunda ehtiyatsızlıq ucbatından əsgərin aşdığı atəş digər əsgər yoldaşına dəyib.

Müdafiə Nazirliyinin hərbi hissəsindən birində əsgər Zamin Məmmədovun tabeliyindəki avtomat silahla davranarkən təhlükəsizlik qaydalarını pozması nəticəsində atəş açılıb.

Güllə əsgər yoldaşı Elnur Əhmədova dəyib. Güllə yarası alan Əhmədov hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinə faktı təsdiqləsə də,əsgərin səhhəti barədə heç bir məlumat verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.
XS
SM
MD
LG