Accessibility links

Bu ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib

İyunun 2-də Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin əsgəri, 1995-ci il təvəllüdlü ZaurHəsənli şəhid olub.

Bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əsgər Kəlbəcər rayonundan hərbi xidmətə çağırılıb.

2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib.

Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i döyüş, 3-ü mina partlayışı, 27-si qeyri-döyüş itkiləridir.

Bu barədə Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir.
XS
SM
MD
LG