Accessibility links

Gənc fəallar 10 mart aksiyası ilə bağlı meriyaya müraciət edib


Əsgər ölümünə etiraz plakatı
Əsgər ölümünə etiraz plakatı

Fəallar əsgər ölümünə etiraz edir. Onlar sosial şəbəkələrdə aksiyada iştirak üçün 30 min adama dəvət göndərib. 14 min 500-dən çox insan aksiyada iştirak edəcəyini təsdiq edib

Vətəndaş cəmiyyətinin bir qrup fəalı martın 10-da əsgər ölümünə etiraz aksiyanın keçirilməsi üçün Bakı meriyasına müraciət edib.

N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlı Turan agentliyinə bildirib ki, paytaxt rəhbərliyindən Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksinin stadionu, Nizami rayonu, Q.Qarayev prospekti, “Təbriz” kinoteatrının qarşısındakı meydanda saat 15.00-da aksiyanın keçirilməsinə şərait yaradılması xahiş edilib.

Onun sözlərinə görə, əgər meriya imtina edərsə, aksiya şəhərin mərkəzində Fəvvarələr Meydanında keçiriəcək.

Aksiya iştirakçıları 30 min Facebook istifadəçisinə dəvət göndərib. Hazırda iştirak edənlərin sayı 14,516 nəfərdir

Vətəndaş fəalları əsgər ölümlərinə qarşı əvvəlki aksiyanı yanvarın 12-də Daşkəsəndə sıravi əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar keçirib. Hakimiyyətin bu ölüm faktını araşdırmaq vədlərinə baxmayaraq, heç bir nəticə yoxdur. Həmçinin martın 1-də əsgər Seymur Allahverdiyevin ölümü vətəndaş fəallarının əsgər ölümlərinə qarşı növbəti etiraz aksiyası keçirmək çağırışına səbəb olub.
XS
SM
MD
LG