Accessibility links

Əsgər ölümü qalmaqala səbəb olub


Əsgər Elman İmanov
Əsgər Elman İmanov

Müdafiə Nazirliyi əsgərin atəş nəticəsində öldüyünü bildirib. Ailəsi cəsədə baxış keçirib və əsgərin baş nahiyəsindən deşici alətlə vurulduğu məlum olub.

İmişli rayonundan olan əsgərin ölümü ilə bağlı növbəti qalmaqal baş verib. Belə ki, Müdafiə Nazirliyinin əsgərin ölümü ilə bağlı məlumatı reallıqla uyğun gəlmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 6-da Tərtər rayonundakı hərbi hissələrdən birində əsgər Elman İmanov tabeliyindəki avtomatdan güllələnib. Bunun intihar olduğu və ya silahla ehtiyatsız davranma səbəbindən baş verdiyi dəqiqləşdirilməyib.

Aprelin 7-də E.İmanovun cəsədi sink tabutda İmişli rayonunun Xəlfəli kəndinə evlərinə aparılıb.

Ailənin bildirdiyinə görə, yerli polis qohumlarının tabutu açmasına imkan verməməyə çalışıb. Lakin valideynləri tabutu açıb. Cəsədə baxış zamanı mərhumun baş nahiyəsində arxa hissəd dərin bıçaq yarasının olması üzə çıxıb, bədəndə güllə yarası olmayıb. Əsgərin cəsədinə baxış zamanı çəkilmiş video artıq sosial şəbəkələrdə yayılıb.

Əsgərin atası Yaqub İmanov bildirib ki, ölüm hadisəsi baş verən gün oğlu ilk dəfə qarovula rəhbərlik edib. “Elman bu yaxınlarda serjant kursunu bitirib və xidmətdən şikayət etməyib”, - o bildirib.

Y.İmanov ölümün obyektiv araşdırılmasına nail olmaq istəyir.
Xatırladaq ki, qeyri-döyüş şəraitində əsgər ölümləri ölkədə ictimai narazılıqla qarşılanır. Bu il gənc fəallar “Əsgər ölümünə son!” şüarı ilə iki dəfə etiraz aksiyası keçirib.

Lakin ictimai etirazlara baxmayaraq hərbi hissələrdə əsgər ölümləri davam edir. Bir neçə gün öncə isə Göyçay rayonundan hərbi çaığışda olan əsgər qeyri-döyüş şəraitində ölüb.

Respublika Hərbi Prokurorluğundan Ameirkasnın Səsini bildiriblər ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Lakin hadisənin detalları barədə məlumat verilmir.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2013-cü ilin birinci rübündə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib. Ötən müddətdə 20 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü döyüş, 18-i isə qeyri-döyüş itkiləridir.
XS
SM
MD
LG