Accessibility links

Patronun partlaması nəticəsində daha bir əsgər ölüb


Əsgər ölümünə yox! aksiyası_logo
Əsgər ölümünə yox! aksiyası_logo
Müdafiə Nazirliyinin hərbi hissələrinin birində qulluq edən daha bir əsgəri –Namiq Bəbişov həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə əsgər təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb.

Nəticədə dünyasını dəyişib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin monitorinqin nəticələrinə əsasən 2013-cü ilin geridə qalan dövründə (yanvar-avqust -1 sentyabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 64 nəfər təşkil edib.

Xəsarət və ya yaralananlar isə 73 nəfər təşkil edib.
XS
SM
MD
LG