Accessibility links

Daha bir hərbi qulluqçu həlak olub


Cəbhə xətti
Cəbhə xətti

Hərbi qulluqçu ölümündən sonra medalla təltif edilib

İyunun 15-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Milli ordunun hərbi qulluqçusu, kiçik çavuş Səməndər Kərimov həlak olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Məlumata görə çavuş Füzuli rayonundan hərbi xidmətə çağırılıb.

Döyüş postunda şəxsi şücaət göstərdiyinə görə o, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Son bir ay ərzində atəşkəs pozulması barədə xəbərlərin sayı artıb.

2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i döyüş, 3-ü mina partlayışı, 27-si qeyri-döyüş itkiləridir.
XS
SM
MD
LG