Accessibility links

Əsgər öz əsgər yoldaşlarını güllələyib və intihar edib


Avtomat

Avtomat

Hərbi prokurorluq tərəfindən araşdırma aparılır

İyunun 20-də Milli ordunun cəbhə bölgəsində yerləşən hərbi hissəsində iki əsgərin ölümü, bir əsgərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, əsgər Bəhruz Ağakişiyev tabeliyində olan avtomatdan atəş açaraq əvvəlcə əsgər Neyman Abdullayevi qətlə yetirib. Kamran Əhmədovu isə yaralayıb.

Daha sonra Bəhruz Ağakişiyev silahından atəş açaraq intihar edib.

Yaralanan əsgər K. Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq araşdırma aparır.
XS
SM
MD
LG