Accessibility links

Son sutkada cəbhədə atəşkəs rejimi 19 dəfə pozulub

Ermənistan qoşunlarının atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə atəşkəsin pozulması nəticəsində Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Elsevər Məmmədov yaralanıb.

Əsgərin vəziyyəti kafidir.

Mətbuat xidməti bildirir ki, son sutkada cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

XS
SM
MD
LG