Accessibility links

Aprelin əvvəllərində döyüşlər zamanı yaralanan kapitan vəfat edib


Əsgər ölümü
Əsgər ölümü

Aprelin əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan kapitan Nəcməddin Savalanov vəfat edib.

Müdafiə Nazirliyi bildirir ki, həkimlərin səyinə baxmayaraq, N.Savalanov mayın 8-i Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlər gedib və hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, hələ də, hər gün atəşkəsin pozulduğu bildirilir.

Mayın 8-də qoşunların təmas xəttindəki atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu Əli Heydərov həlak olub.

XS
SM
MD
LG