Accessibility links

Mayın 17-də qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Natiq Tahirli həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən mayın 17-də hərbi postda olan əsgər Xaçatur Arutyunyanın atəşkəsin pozulması nəticəsində öldürüldüyünü bildirir.

Cəbhədə gərginlik mayın 16-da Vyanada həmsədr dövlətlərin xarici siyasət idarələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən bir neçə saat sonraya təsadüf edir. Xatırladaq, apreldə olan qanlı toqquşma da Vaşinqtonda Qarabağ danışıqlarından bir gün sonraya təsadüf edib.

Belə ki, aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər olub. Döyüşlərdə hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə edib. Buna baxmayaraq, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir və hərbi itkilər davam edir.

Eyni zamanda, aprelin 27-28-də Ermənistan tərəfi Azərbaycanın cəbhə xətti boyunca mülki əhalinin yaşadığı məntəqələrini ağır artileriya və raketlərdən atəşə tutub. 3 mülki şəxs həlak olub, 8 nəvər yaralanıb, yüzdən çox yaşayış evi, sosial və biznes obyektləri dağıdılıb.

XS
SM
MD
LG