Accessibility links

Əsgər ölüb


Elbrus Nəcəfovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat vermir
Elbrus Nəcəfovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat vermir

Elbrus Nəcəfovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat vermir

Beyləqan rayonunda (Bakıdan 291 kilometr cənub-qərb) yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı əsgər Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, Amma, əsgərin valideynlər buna inanmır.

“Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də, onun özünü asması inandırıcı görünmür”, Nəcəfovun valideynləri bildirib.

Ailə övladlarının öldürülərək izi itirmək məqsədilə asıldığını iddia edir. E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü (Cənubi Amerikada əsası qoyulmuş idman növü ) üzrə ölkə çempionu olub, dünya çempionatında iştirak edib.

Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.



Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG