Accessibility links

Oktyabrın 5-də cəbhə xəttində Azərbaycan Ordusunun əsgəri Sahil Məmmədov həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deylilir ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb. Oktyabrın 5-də qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması nəticəsində əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub", mətbuat xidməti qeyd edir.

Ermənistan tərəfi isə hələAzərbaycan Müdafiə Nazirliyinin məlumatına şərh verməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Mins qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki staus-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG