Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fikrət Bəşirov həlak olub.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Qarabağda Ermənistan tərəfinin atəşkəsi pozmasına qarşı atılan cavab tədbirləri zamanı baş verib.

Müdafiə naziri Zakir Həsənovun əmrilə F.Bəşirov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

İnsidentin cəbhənin hansı istiqamətində və nə vaxt baş verdiyi açıqlanmır.

Ermənistan tərəfi isə hələ Azərbaycan Müdafiə Nazirliyinin məlumatına şərh verməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in MinsK qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki staTus-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG