Accessibility links

Azərbaycan ordusunun 3 əsgəri yaralanıb (Yenilənib)


Avtomat
Avtomat

Son sutkada cəbhədə atəşkəs rejimi 37 dəfə pozulub

Müdafiə Nazirliyinin hərbi hissələrinin birində insident baş verib. Əsgər Elnur Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş əsgər yoldaşı Vurğun Əliyevə dəyib. Əsgər hospitala yerləşdirilib, vəziyyəti kafidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyib.

Faktla bağlı hərbi prokurorluqda araşdırma aparılır.

***

İyulun 3-ü axşam saatlarında Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri Nurlan Həsənov (Bərdə rayonundan hərbi xidmətə çağırılıb), iyulun 4-ü gecə saatlarında isə gizir Anar Nağıyev (Qazax rayonundan hərbi xidmətə çağırılıb) yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Nurlan Həsənovun vəziyyəti kafi, Anar Nağıyevin vəziyyəti sabit-ağırdır.

Müdafiə Nazirliyi bildirir ki, son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.

XS
SM
MD
LG