Accessibility links

Əsgər ölümünə son! aksiya öncəsi fəallar saxlanır


Həbs
Həbs

Artıq onadək ictimai fəal saxlanıb

"Əsgər ölümün son! aksiyası öncəsi gənclərin tutulması davam edir.

AXCP gənclər təşkilatından Amerikanın Səsinə bildiriblər ki, aksiyanın
təşkilatçısı Azad Gənclər Təşkilatının üzvü İlkin Rüstəmzadə və fəal Daşqın
Məlikov və Müsavat Partiyasının fəalı Nicat Əmiraslanov polis tərəfindən saxlanıb.

Bundan əlavə sosial şəbəkədə yayılan "Əsgər ölümünə son "qrupunun təşkilatçısı
İlkin Rüstəmzadə öz profilində bu fikri ifadə edib.

"Sabahkı aksiyanın təşkilatçısı mənəm və bəyan edirəm ki, heç kimə narkotik
verməmişəm. Pul da almamışam. Pul da verməmişəm kiməsə. Heç yerdə də
inqilabi çağırış etməmişəm. Biz sabah əsgərimizin qətl edilməsinə dinc, sivil şəkildə
çıxıb etirazımızı edəcəyik, provokasiya etmək istəyəni tutub polisə özümüz təslim
edəcəyik! Heç bir halda əsgərimizin qanı yerdə qalmayacaq! Əsgərimiz ölməsin!", o
Facebook səhifəsində qeyd edib.

Xatırladaq ki, martın 7-dən başlayaraq onadək fəal saxlanıb.
XS
SM
MD
LG