Accessibility links

Rahim İsmayılov 2013-cü ilin oktyabrında Göygöl rayonundan hərbi xidmətə çağırılıb

Yanvarın 1-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Göygöl rayonunun Dozular kəndindən olan əsgər Rahim İsmayılov intihar edib.

Hadisənin təfərrüatları hələ bəlli deyil. Bayram günləri olduğundan Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən məlumatı təfsilatlı dəqiqləşdirmək mümkün olmayıb.

Bununla yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl şöbəsi Amerikanın Səsinə əsgərin ölümünü təsdiqləyib, amma ətraflı məlumat verməyib.

Rahim İsmayılov 2013-cü ilin oktyabrında Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Show comments

XS
SM
MD
LG