Accessibility links

Əsgər ölümləri ictimai etirazla qarşılanır. Martın 10-da etiraz aksiyası olacaq

Martın 6-da saat 1.40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Elman Əliyev yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu, son həftə ərzində üçüncü əsgər ölümüdür. Bu il ərzində isə müdafiə və təhlükəsizlik sektorunda itkilər 16 nəfərə çatıb.

Əsgər ölümləri geniş ictimai etiraz səbəb olub. Yabvarın 12-də ictimai fəallar “Əsgər ölümünə yox!” şüarı ilə etiraz aksiyası keçirilib. İctimai fəallar növbəti aksiyanı martın 10-na təyin edib.
XS
SM
MD
LG