Accessibility links

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə (Bakıdan 224 kilometr cənub) sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

DSX-nın mətbuat xidmətinin məlumatına görə, Xaçmaz rayonundan olan əsgər Elnur Yusifovdekabrın 16-da silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

XS
SM
MD
LG