Accessibility links

Dövlət Sərhəd Xidmətininin əsgəri vəfat edib


Sənan Mehdizadə (Foto Kənan Mehdizadənin Facebook səhifəsindən götürülüb)
Sənan Mehdizadə (Foto Kənan Mehdizadənin Facebook səhifəsindən götürülüb)

Ailəsi Sənan Mehdizadənin güllələndiyini bildirir

Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə qeyri-döyüş şəraitində vəfat edib. Bu barədə Sənan Mehdizadənin qardaşı Kənan Mehdizadə Facebook səhifəsində yazıb.

O, qardaşı S.Mehdizadənin postda əsgər yoldaşı tərəfindən güllələndiyini və üzərində 17 güllə yarası olduğunu yazır.

S.Mehdizadə 2015-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb.

Öz növbəsində, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Amerikanın Səsinə bu barədə məlumatsız olduqlarını bildiriblər. Mətbuat mərkəzi Dövlət Sərhəd Xidmətinin internet saytı vasitəsi ilə sorğu göndərməyimizi məsləhət bilib. Sorğumuza isə hələ cavab verilməyib.

XS
SM
MD
LG