Accessibility links

Eşton Karter: Beynəlxalq ictimaiyyət İŞİD-ə qarşı mübarizədə daha çox fəallıq göstərməlidir


ABŞ-ın Müdafiə naziri Eşton Karter

ABŞ-ın Müdafiə naziri Eşton Karter

ABŞ-ın Müdafiə naziri Eşton Karter deyib ki, beynəlxalq ictimaiyyət noyabrın 13-də Parisdəki kimi daha bir terror hücumunun baş verməməsi üçün İŞİD-ə qarşı mübarizədə fəallıq göstərməlidir.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında çıxış edən Eşton Karter Türkiyəni Suriya ilə sərhədi gücləndirilməli olduğunu deyib və Səudiyyə Ərəbistanını və digər Körfəz ölkələrini bütün diqqəti Yəməndə münaqişəyə yönəldib, İŞİD-ə qarşı mübarizəyə kifayət qədər diqqət vermədiklərinə görə tənqid edib.

O bildirib ki, Rusiyanın da “mübarizədə düzgün tərəfi tutması”nın vaxtı gəlib çatıb. Qərb ölkələri Rusiyanı Syriyada müttəfiqi olan prezident Bəşar Əl-Əsədi müdafiə edərək, Suriya müxalifətini öz hücumlarının hədəfi etdiyini bildirir. Rusiya bu ittihamları rədd edir.

Eşton Karter deyib ki, ABŞ xüsusi təyinatlı qüvvələr və silahlar daxil olmaqla 40 ölkədən əlavə yardım ayrılmasını istəyib.

Müdafiə nazirinin sözlərinə görə, ABŞ Iraq qüvvələrinin Ramadi şəhərini İŞİD –dən geri almasına kömək məqsədilə müşavirlərdən ibarət yeni qrup və döyüş vertolyotlarının yerləşdirilməsinə hazırdır. ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin İraq və Suriyada yerləşdirilməsinə gəldikdə, Eşton Karter İslam Dövləti qrupuna qarşı mübarizədə imkanlar görüdükdə bu kontingentin genişləndirilməsi məsələsində tərəddüd etməyəcək.

XS
SM
MD
LG