Accessibility links

Əsirlikdə olan Azərbaycan hərbçisi üçüncü ölkəyə göndərilib


Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırımızı Xaç Komitəsinin nümayəndələri avqustun 26-da Ermənistanda saxlanılan azərbaycanlı əsirə baş çəkmişdi

2012-ci il avqustun 26-dan erməni əsirliyində olan azərbaycanlı əsgər Firuz Fərəcov avqustun 30-da üçüncü ölkəyə göndərilib. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi məlumat verib.

Mənbənin məlumatına görə, BQXK-nın Yerevandakı nümayəndəliyinin rəhbəri Lorenzo Karaffi bildirib ki, əsirlə sonuncu 9-cu görüşdə ona doğmalarının məktubu verilib. Onunla vətənə qayıtmaq istəməsi və ya üçüncü ölkəyə repatriasiya məsələsi müzakirə olunub. Hərbi əsir ikinci variantı seçib.

F.Fərəcov (1992-ci ildə anadan olub) 2012-ci ilin iyulunda Tovuz rayonunun cəbhə xəttində əsir düşüb.
Öz növbəsində erməni mənbələri F.Fərəcovun öz istəyilə üçüncü ölkəyə göndərildiyini təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl erməni tərəfi bildirirdi ki, F.Fərəcov evə qayıtmaq istəyir və erməni tərəfi mütləq onu azad edəcək. Bu bəyanatlar erməni əsgər Akop İnciqulyan Azərbaycana əsir düşdükdən sonra səslənib.

Məlumatda daha sonra bildirilir ki, bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər. Başçəkmə zamanı, ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib.
XS
SM
MD
LG