Accessibility links

Bazar günü Meksikanın paytaxtında yüzlərlə jurnalist foto-reportyorun qətlinə etiraz olaraq yürüşə çıxıb. Ruben Espinosa dörd qadınla birlikdə güllə ilə vurularaq öldürülüb.

Aksiya zamanı etirazçılar jurnalistlərə qarşı zorakılıqları pisləyən şüarlar və bir neçə həftə əvvəl Verakruz şəhərindəki evində təhdidlərə məruz qaldıqdan sonra qətlə yetirilən Esponosanın şəkillərini tutub.

"Artikl-19" qrupundan Dario Ramirez də daxil edilməklə, jurnalistlər və mətbuat azadlığı müdafiəçiləri səlahiyyətli nümayəndələrdən Espinosaya qarşı edilmiş təhdidləri araşdırmağa çağırıb.

Araşdırmaçı jurnal Proceso üçün işləyən Ruben Espinosa qubernator Haviar Duartedən də olmaqla, işi ilə əlaqədar təhdidlərlə üzləşdiyini demişdi.

Verakruz jurnalistlər üçün təhlükəli yer olub. Jurnalistləri Müdafiə Komitəsinin hesnatına əsasən 2010-cu ildən bəri orada 11 jurnalist qətlə yetirilib. Hamısı qubernator Havier Duartenin dövründə baş verən qətllərdən sonuncusu cəmi bir ay əvvəl baş verib.

XS
SM
MD
LG