Accessibility links

Eşton Karter Səudiyyə Ərəbistanı kralı Salmanla və hərbi liderlərlə görüşlər keçirib

ABŞ-ın Müdafiə naziri Eşton Karter İranla nüvə razılığına şübhə ilə yanaşan müttəfiqləri sazişin faydalı tərəflərini olduğuna əmin etmək məqsədilə Səudiyyə Ərəbistanına səfər edib.

Eşton Karterin kral Salman, eləcə də Səudiyyə Əraəbistanının müdafiə naziri ilə görüşüb. Görüşdən sonra açıqlama verən cənab Karter Səudiyyə Ərəbistanı kralının payızda ABŞ-a səfərinin gözlənildiyini deyib.

Səudiyyə Ərəbistanı rəsmiləri İranla iyulun 14-də əldə edilmiş razılığı nə alqışlayıb, nə də qınayıblar.

Daha sonra ABŞ müdafiə naziri İordaniyaya səfər edərək, orada İordaniya ordusunun yüksək səviyyəli rəhbərliyi ilə görüşlər keçirib.

Bundan öncə Eşton Karter İordaniyanın şimalında Suriyada hədəflərə qarşı əməliyyatların aparıldığı hərbi bazada koalisiya qüvvələri ilə görüşüb.

Cənab Karter İordaniyaya səfər etməmişdən əvvəl İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşərək, onu nüvə razılığına baxmayaraq, ABŞ-ın təhlükəsizlik sahəsində dəstəiyini davam etdirəcəyinə əmin etməyə çalışıb. Cənab Netanyahu Karteri ciddi üzlə qarşılayıb. Onlar sonra Benyamin Netanyahunun Qüdsdə yerləşən ofisində iki saat sürən danışıqlar aparıblar.

İranla əldə olunan nüvə razılığından sonra Birləşmiş Ştatlar və İsrail arasında münasibətlərdə gərginlik yaranıb. Cənab Netanyahu bu sazişi “tarixi səhv” adlandırıb və ABŞ Konqresindəki müttəfiqlər vasitəsilə razılığa qarşı mübarizə aparacağına söz verib.

XS
SM
MD
LG