Accessibility links

22 mərtəbəli hotelin 23-cü mərtəbəsi və ya sovet casusları qərb vətəndaşlarını haradan və necə izləyirdi


22 mərtəbəli hotelin 23-cü mərtəbəsi və ya sovet casusları qərb vətəndaşlarını haradan və necə izləyirdi
22 mərtəbəli hotelin 23-cü mərtəbəsi və ya sovet casusları qərb vətəndaşlarını haradan və necə izləyirdi

Tallindəki Viru mehmanxanasının hamı üçün gizli qalan 23-cü mərtəbəsi Dövlət Təhlükəsizlik Komitəsinin agentləri tərəfindən izləmə otağı kimi isitifadə edilirdi

Estoniyada Dövlət Təhlükəsizlik Komitəsinin mehmanxanalardan birində istifadə etdiyi otaq muzey kimi açılıb. Bu gizli otaq Sovet İttifaqının təhlükəsizlik agentləri tərəfindən dinləmə otağı kimi istifadə olunur, buradan qonaqlar və mehmanxana işçiləri izlənilirdi.

Tallindəki Viru mehmanxanası adi binalardan o qədər də seçilmir və buradakı qonaqlar ona sadəcə qalmaq üçün bir yer kimi baxırlar. Lakin mehmanxananın 23-cü mərtəbəsi keçmişin sirlərini saxlayır.

Mehmanxananın işçisi Piip Ehasalu liftdə sonuncu 22-ci mərtəbənin düyməsini basır. Sovet döründə qonaqlar bunun sonuncu mərtəbə olduğunu düşünürdülər. Lakin mehmanxananın bəzi işçiləri üçün bunun üstündə daha bir mərtəbə yerləşirdi. Burada yerləşən otaq 1950-ci illərin elmi-fantastik filmlərindəki dekorasiyalara bənzəyir. Əslində isə bunlar Dövlət Təhlükəsizlik komitəsinin agentlərinin istifadə etdiyi gizli kommunikasiya sistemləridur. Bu avadanlığa ötürücülər və qəbuledicilər, telefonlar daxildir. Bütün bunlardan bir zamanlar Dövlət Təhlükəsizlik Komitəsinin güclü kommunikasiya sistemində istifadə edilirdi.

Sovet İttifaqı dövrünün acı xatirələri yaddaşlardan yavaş-yavaş silinməyə başlasa da, Viru mühmanxanasında yerləşdirilmiş bu kiçik eskpozisiya onları yenidən canlandırır.

Mehmanxana bir zamanlar gizli otaqlarını nümayiş etdirməklə yanaşı, 1972-ci ildə sovet turizm agentliyi olan İnturistin flaqmanı kimi açıldığı vaxtdan qalan əşyalarını da ekspozisiyada yerləşdirib.

Viru mehmanxanasının sözçüsü Piip Ehasalu deyir ki, qərbdən gələn bütün “təhlükəli” qonaqlar burada qalırdı. Hazırda Finlandiyanın Sokos şəbəkəsinə daxil olan mehmanxana həmçinin qərb və sovet adamlarının görüşdüyü yer idi, çünki buradan onları izlmək mümkün idi. Otaqlardan biri həmin qonaqlara xidmət edən personal üçün ayrılmışdı, başqa otaq isə radio otağı idi. Dövlət Təhlükəsizlik komitəsi bu otaqdan Tallindən 70 kilometrlik məsafədə Helsinkidə yerləşən sovet səfirliyindən gələn məlumatları almaq və Moskva ilə birbaşa əlaqə saxlamaq üçün istifadə edirdi. Dövlət Təhlükəsizlik komitəsinin burada 10 işçisi və iki otağı var idi: 305-ci və 315-ci otaqlarda qonaqların danışıqları dinlənilir, mehmanxana sənədləri nəzərdən keçirilir və və xaricilərlə işləyən bələdçilərin hesabatları öyrənilirdi. Bəzən dinləmə telefonları bir otaqdan o biri otağa keçirilirdi. Lakin müasir texnologiya sonradan mehmanxananın bütün telefonlarının dinlənilməsinə imkan vermişdi.

Piip Ehasalu sovet dövründən qalmış radio mikrofonu göstərərək, onun divarda tapıldığını deyir. 1975-ci ildə 23-cü mərtəbədə Finlandiya paytaxtında Avropada Təhlükəsizlik və Tərksilaha dair Konfrans keçirilən zaman Moksva və Helsinki arasında sovet liderləri üçün qaynar xətt otağı yerləşirdi. 1980-ci ildə Tallində Olimpiya oyunlarında yaxtaçılıq üzrə yarışlar keçirilən zaman da burada güclü fəallıq müşahidə olunurdu. 1972-ci ildə mehmanxanada qalan qonaqlar arasında İran şahı da olmuşdur.

İndi isə mehmanxana öz gizli keçmişini qonaqları ilə bölüşür. Qonaqlar arasında burada sovet dövrü qalan adamlar da var. Finlandiyadan gəlmiş Seppo Peltovuori deyir ki, o, Dövlət Təhlükəsizlik Komitəsinin agentlərinə oxşar adamları görüb şübhələnməyə başlamışdı. “Biz agentlərin insanların adi həyatına bu dərəcədə müdaxilə etdiyinə heyrətlənirdik.”-deyə o bildirir.

Sovet İttifaqı tərəfindən işğal edilən Estoniya 1991-ci ildə öz müstəqilliyini bərpa etmişdir. Ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya qəbul olunub. Estoniya gələn il avro zonasına daxil olur.

XS
SM
MD
LG