Accessibility links

Livanda girovdarlar oğurlanmış estonların azad edilməsi üçün pul tələb edib


Livanda girovdarlar oğurlanmış estonların azad edilməsi üçün pul tələb edib
Livanda girovdarlar oğurlanmış estonların azad edilməsi üçün pul tələb edib

Livanda Dirçəliş və İslahat Hərəkatı adlanan qrup keçən ay oğurlanmış yeddi Estoniya vətəndaşını azad etmək üçün pul tələb edib. Estoniya rəsmiləri Livanda velosiped turunda olarkən oğurlanmış vətəndaşların azadlığa buraxılması üçün pul tələb edildiyini təsdiq edib. Qrup tələbini Livan Files veb səhifəsinə göndərdiyi elektron məktub vasitəsilə edib. Pulun miqdarını bildrməyən qrup estonların oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürüdüyünü də veb sayt vasitəsilə bildirmişdi. Yeddi nəfər martın 23-də Livanın Bekaa vadisində yerləşən Zahle şəhəri yaxınlığında silahlı şəxslər tərəfindən aparılıb.

XS
SM
MD
LG