Accessibility links

Estoniya ABŞ prezidenti Barak Obamanın Rusiyanın regionda təcavüzünü artırmarsı ilə bağlı narahatlıqlarla əlaqədar bir zaman Sovet İttifaqının tərkibində olmuş Baltikyanı dövlətə ilk səfərindən öncə öz ərazisində NATO-nun daimi bazasının yaradılmasına çağırır.

Estoniya prezidenti Toomas Hendik İlves Norveçdə rəsmi səfəri zamanı deyib ki, NATO ölkələri daimi bazası olan və olmayan kimi iki kateqoriya bölünməməlidir. O bunun “potensial təcavüzkara yanlış siqnal göndərdiyini” və NATO əsgərlərini Estoniyada alqışlayacağını bildirib.

Cənab Obama cənab İlves, Litva prezidenti Dalya Qrabauskayte və latviya prezidenti Andris Berzinslə danışıqlar aparmaq üçün çərşənbə günü Estoniya paytaxtı Tallinə səfər edəcək. Amerika lideri keçən həftə bildirib ki, o, NATO sammitindən əvvəl Baltikyanı ölkərə hücuma məruz qaldıqları halda onları müdafiə etmək üçün Birləşmiş Ştatların alyansın müqaviləsinə əsasən öhdəliklərinə sadiq qaldığına əmin etmək məqsədilə səfər edir.

NATO-ya 2004-cü ildə üzv olan Estoniya, Litva və Latviya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu ölkəri də hədəf edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirir.

XS
SM
MD
LG