Accessibility links

Efiopiya təyyarəsinin qaçırılmasına cəhd edilib


Efiopiya Hava Yollarına məxsus təyyarəni Romaya qaçırmağa cəhd göstərən ikinci pilot təyyarə Cenevrə hava limanında endikdən sonra saxlanılıb.

Rəsmilər Boinq-757 təyyarəsinin adı açıqlamayan 30 yaşlarında ikinci pilotunun əsas pilot ayaq yolundan istifadə etmək üçün fasiləyə gedən zaman qapını bağlayaraq, təyyarənin nəzarətini əlinə aldığını bildiriblər.

İsveçrə rəsmilərinin bildirdiyinə görə, təyyarə Cenevrədə endikdən sonra ikinci pilot kəndirdən istifadə edərək, təyyarənin kabinasından düşmüş və bu ölkədən sığınacaq istəyib. İkinci pilot vaxtilə pirat olduğunu və ölkəsində təqiblərlə üzləşdiyini deyib.

202 nəfər sərnişin və ekipaj üzvü olan təyyarə Efiopiyanın paytaxtı Əddis-Əbəbədən Romaya uçuşu icra edirdi.
XS
SM
MD
LG