Accessibility links

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)


"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

Azərbaycanda rəsmən Gənclər Günü kimi tanınan 2 fevralı gənclər təşkilatları qeyd edirlərmi?

2 fevral tarixi dünya gəncləri üçün heç bir məna kəsb etməyə bilər. Azərbaycanda isə bu tarix 1996-cı ildən bəri Gənclər Günü kimi qeyd olunur. Belə ki, həmin il prezident Heydər Əliyev bu barədə sərəncam imzalayıb. Wikipedia online ensiklopediyası iddia edir ki, bundan sonra bəzi MDB ölkələri, o cümlədən Şərqi Avropa ölkələri də 2 fevralı Gənclər günü kimi qeyd etməyə başlayıb.

Bəs görəsən, Azərbaycanda rəsmən Gənclər Günü kimi tanınan bu günü gənclər sektoru, gənclər təşkilatları qeyd edirlərmi? (Yazı audiodan sonra davam edir)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)


Müsbət Dəyişiklik gənclər təşkilatının idarə heyətinin üzvü Nərmin Rəhimli deyir ki, təşkilat üzvlərinin öz qərarlarına müdaxilə etməsə də, idarə heyəti daxilində üzvlərin bəziləri bu günü qeyd edirlər, bəziləri isə müəyyən səbəblərdən qeyd etmir: “Amma ümumi mövqeyimiz belədir ki, bu qərarın hansı hökumət tərəfindən verilməsindən asılı olmayaraq, bu gün Azərbaycanda Gənclər Günüdür. Qərar Azərbaycan dövləti adından verilibsə, o, bütün Azərbaycanın vətəndaşlarını əhatə edir”.

O, qərarın necə icra olunmasının başqa mövzu olduğunu deyir.

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

“Ol!” Azərbaycan gənclər hərəkatının həmtəsisçisi, blogger Adnan Hacızadənin sözlərinə görə, təşkilat olaraq onlar fevralın 2-i də daxil olaraq ,bir çox günü qeyd edirlər. Ancaq “OL!” bu gün heç bir tədbir, onlayn aksiya keçirməyib. Adnan Hacızadə bunun səbəbini belə izah edir: “Bizim yaxın dostlarımız – Bəxtiyar Hacıyev, Tural Abbaslı, Əhəd Məmmədli, Elnur Məcidli və digər gənclər hal-hazırda bu soyuqda, bu boranda günahsız olaraq həbs olunublar, cəzaçəkmə müəssisələrindədirlər. Onların 3-ü mən olduğum 14-cü cəzaçəkmə müəssisəsindədir. Orada vəziyyət ümumiyyətlə çox pisdir. Nəyisə qeyd etməyə və nəyəsə sevinməyə bizim halımız yoxdur”.

Nərmin Məmmədova isə deyir ki, üzvü olduğu İrəli İctimai Birliyi bu günə böyük dəyər verir: “Əlbəttə ki, İrəli İctimai Birliyi də Azərbaycandakı Gənclər gününü məhz gənclər təşkilatı olaraq qeyd edir. Məsələn dünən Bakıda, Park Bulvar adlanan yerdə “Gənclərin günü, gənclərin gücü” başlığı ilə bu günə həsr olunmuş tədbirimiz – böyük konsert proqramı keçirildi”.

Nərmin Məmmədovanın sözlərinə görə, ümumiyyətlə İrəli İctimai Birliyi gənclərə xidmət edən təşkilat olduğundan yalnız fevral ayının 2-i deyil, il boyu bütün layihələr gənclərə həsr olunur. O, layihələrin gənclərin inkişafına xidmət etdiyini bildirir.

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

Nida! Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, blogger Etibar Salmanlı isə deyir ki, bu gün onun təmsil olunduğu təşkilatın gözündə adi günlərdən biridir və onun elə də ciddi bir əhəmiyyəti yoxdur. Səbəb?: “Biz buna etiraz da deyə bilərik. Dəfələrlə olub ki, Azərbaycan hökumətinin gənclərlə proqramları olub. Həmin o proqramlarla bir növ bölücülük yaradılır. Yəni hökumət yönümlü gənclərə hər bir dəstək verilir, amma əks tərəfdə olan gənclərə dəstək verilmir”.

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

Müsbət Dəyişiklik gənclər hərəkatından Nərmin Rəhimli də bu fikri bölüşür və bunu bir sözlə ifadə edir: “Ayrıseçkilik – bizim üçün gənclər siyasəti bunu ifadə edir. Biz çox istərdik ki, bugünkü gənclər gününü bizim həbsdə olan dostlarımızla bərabər qeyd edək. Gənclərə ayrıseçkilik var və kimimiz bunu bu soyuq havada həbsxanalarda, kimimiz isə rahat “party”lərdə qeyd edirik.”

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

Adnan Hacızadə deyir ki, gənclər siyasətinə dair komissiyanın sədrinin gənclərlə heç bir əlaqəsi olmayan Ramiz Mehdiyev olması da çox şeydən xəbər verir. Bundan başqa o, gənclərin bugünkü vəziyyətinin əsas iki sahədə aydın göründüyünü deyir: “Təhsilimizdə - rüşvətə batmış təhsilimizdə, bir də gənclərin, kişilərin böyük hissəsinin qatıldığı hərbi xidmətdə. Orada da 2011-ci ildə 100-ə yaxın əsgər həlak olub. Bunlar hamısı bugünkü gəncliyin vəziyyətini göstərir. Gənclər günü təyin etməklə heç nə olmayacaq.”

İrəli İctimai Birliyindən Nərmin Məmmədova isə 2011-2015-ci illər arası gənclər proqramına "Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

"Ayrıseçkilik - bizim üçün gənclər siyasəti bunu ifadə edir" (Audio)

diqqəti çəkərək deyir ki, 5 il müddətində gənclərin müxtəlif sahələrdə inkişafı üçün bir çox işlərin görülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, buraya xaricdə təhsil, işsizlik probleminin həlli kimi məsələlər daxildir: “Dövlətin bizə verdiyi imkanlardan maksimum dərəcədə yararlanaraq və öz imkanlarımızdan da istifadə edərək gənclərə şərait yaradırıq ki, özlərini inkişaf etdirsinlər, layihələrimizdə iştirak etsinlər və irəli addım atsınlar”.

Nida! Vətəndaş Hərəkatından Etibar Salmanlı gənclərin fəallığı məsələsinə diqqət çəkərək deyir ki, hazırda gənclərin aktivlik durumu ürəkaçan olmasa da, bundan da zəif vaxtları olub: “Gənclər günü 2 fevral deyil, 11 martdır. Azərbaycan gəncliyinin inkişafının əsas pik nöqtəsi keçən ilki mart hadisələri ilə başlamışdı və bu inkişaf yüksələn xətt üzrə davam edəcək”.

Əlbəttə Azərbaycanın Gənclər Günündə Azərbaycan gənclərinin bir-birinə sözləri də var.

Nərmin Rəhimli:

- Xüsusilə həbsdə olan dostlarımızı təbrik edirəm. Bu gün Gənclər Günü ilə bağlı ən çox təbrik olunası insanlar onlardır. Bu günün gənclər günü elan edilməsinin mahiyyəti ondan ibarətdir ki, gənclərin bu vətən üçün çalışdıqlarını vurğulamaq, onlara dəstəyi ifadə etmək. Məncə onlar bizim gələcəyimiz, yaxşı gün üçün bizdən daha çox çalışırlar. Buna görə həm təşəkkür edirəm, həm də Azərbaycan vətəndaşı olan bütün gəncləri ayrı-seçkilik etmədən təbrik edirəm”.

Etibar Salmanlı:

- Sosial şəbəkələrdə nisbətən aktivliyimiz var. Hamı görür ki, istər blog sferasında, istər sosial şəbəkələrdə aktivik . Gənclərdən istərdik ki, daha da aktivləşsinlər. Bayram da olmasa, hər halda qeyd edənlərin bayramlarını təbrik edirik.

Nərmin Məmmədova:

- Hamının bayramını təbrik edirəm. Arzu edirəm ki, bütün imkanlardan istifadə etsinlər, özlərini daha çox inkişaf etdirsinlər və öz ölkələrini dünyada tanıtsınlar.

Adnan Hacızadə:

- Çox istərdim ki, Azərbaycan gəncləri hər hərəkətində fikirləşsin ki, hamı onlar kimi olacaq. Çalışsınlar gündəlik həyatlarında nümunəvi gənc, vətəndaş olsunlar. Elə yaşasınlar elə bil doğurdan da Azərbaycanın taleyi sırf onlardan asılıdır, çünki doğurdan da bu belədir. Ən kiçik şeylərdən başlayaraq: yolu keçəndə; zibili nəyəsə atanda; dərslərə gedəndə; universitetdə rüşvətsiz imtahan verəndə fikirləşsinlər ki, bilavasitə bu ölkənin gələcəyi ondan asılıdır və bu insan düzgün addımlar atmalıdır!

Qeyd edək ki, Dünya Gənclər Günü avqust ayının 12-də qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı bu tarixi 1999-cu ildə Beynəlxalq Gənclər Günü kimi tanıyıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG