Accessibility links

Etibar Əliyev: 18 il stajı olam müəllim 148 manat maaş alır [Audio]

Etirazçılar Azadlıq meydanında çadırlar qurub - Kiyev, 5 dekabr, 2013

Etirazçılar Azadlıq meydanında çadırlar qurub - Kiyev, 5 dekabr, 2013

“Azərbaycanda müəllimlərin əmək haqqı postsovet ölkələrindən də aşağıdır. Maaşlar Avropa ölkələri ilə müqayisə belə edilə bilməz”.

“21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə çalışmaq lazımdır. Şübhəsiz burada, Təhsil nazirliyi ilə yanaşı ictimaiyyətin də böyük rolu olmalıdır. “Orta məktəbdəki təhsil mühitinin yaxşılaşdırılması üçün yüksək ixtisaslı müəllimlər olmalı və məktəbdə demokratizm prinsipləri bərpa olunmalıdır”.

Etibar Əliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:57 0:00
Direct link

Ekspert ölkədə müəllimlərin əmək haqqının çox aşağı olduğunu diqqətə çatdırıb. “Azərbaycanda müəllimlərin əmək haqqını Avropa ölkələri ilə müqayisə etmək mümkün deyil. Hətta maaşlar postsovet ölkələrindən də aşağıdır. 18 il iş stajı olan və həftədə 12 saat dərs deyən müəllimin aylıq əmək haqqı 148 manatdır. Bu çox aşağı göstərişidir. Azərbaycan Boloniya sisteminə qoşulub. Boloniya sistemində olan Avropa ölkələrində ali məktəb müəllimlərinin aylıq əmək haqqı 2 min dollarla 10 min dollar arasında rəqs edir. Azərbaycanda isə ali məktəbdə dərs deyən professor 450-500 manat, dosent isə 350-400 manat aylıq maaş alır”.
Azərbaycan dövlət büdcəsinin 30 faizi təhsil xərclərinə ayrılır. Bu postsovet ölkələrinin büdcə xərclərindən çoxdur. “Bununla yanaşı, ötən il təhsil sahəsində 200 milyon manatlıq investisiya proqramı həyata keçirilib. Eyni zamanda, təhsil sahəsində böyük maliyyə tutumlu inkişaf proqramı var. Amma, büdcəsinin xərclənməsi şəffaf deyil”, - deyə o qeyd edib.
E.Əliyev hesab edir ki, təhsil büdcəsinin müəllimlərin əmək haqqının artırılmasında mühüm rolu olmalıdır. “Təəssüf ki, bu belə deyil”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG