Accessibility links

Etibar Məmmədov: 20 Yanvar təkrarlana bilər [Video-müsahibə]


Etibar Məmmədov: 20 Yanvar təkrarlana bilər
please wait

No media source currently available

0:00 0:06:22 0:00

Etibar Məmmədov: 20 Yanvar təkrarlana bilər

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Amerikanın Səsinə müsahibəsində 20 Yanvar hadisələrinin tarixi dərsləri və bu hadisələri Azərbaycan hökumətinin qiymətləndirməsindən danışıb.

Amerikanın Səsi: Bu gündən baxanda 20 Yanvarın tarixi dərsləri Azərbaycana nə verib?

Bunun da dərsləri bizim üçün ondan ibarət olmalıdır ki, bu yenə də təkrar oluna bilər.

Etibar Məmmədov: 20 Yanvar göstərdi ki, xalq azadlığını istəyəndə bir millət kimi formalaşa bilir, bir yerdə hərəkət edə bilir və öz haqqını tələb edə bilir. İtki verməyi də, nəticə qazanmağı da qazanır. İkinci dərsi ondan ibarətdir ki, xalıqn bu cür ayağa qalxdığı bir vaxtda ona rəhbərlik etmək səlahiyyətində olan adamlar özlərini kənarlaşdırırlarsa və bu proseslərdə iştirak etmirlərsə, bəzi hallarda isə bu proseslərin əleyhinə düşmənlə iş birliyinə gedirlərsə, bu böyük faciə ilə nəticələnir. Bəzi hallarda isə xalqın ümidini qırmağa yönlənmiş vəziyyət yaranır. Bu baxımdan, biz onsdan dərs çıxarmalıyıq. Çünki 20 Yanvar Azərbaycana qarşı cəza tədbiri idi, Azərbaycanın paytaxtında qırğın törətmək, gözünü qorxutmaq cəhdi idi. Bu da böyük bir imperiya tərəfində həyata keçirilmişdi. Bunun da dərsləri bizim üçün ondan ibarət olmalıdır ki, bu yenə də təkrar oluna bilər. Bu da artıq müstəqil bir dövlətə qarşı başqa bir imperiya niyyətli dövlət tərəfindən bu hadisələrə oxşar hadislər törədilə bilər. Biz də o nümunəni özümüzdə saxlamalıyıq ki, qorumalıyıq ki, ancaq xalqla hakimiyyətin birliyi bu cür hadisələrdən bizi sığortalaya bilər.

Amerikanın Səsi: Azərbaycan hakimiyyətinin bu günkü Rusiya yönümlü və qərb yönümlü siyasəti 20 Yanvarın tarixi dərslərinə uyğundurmu?

Ancaq imperiya düşüncəsi ilə formalaşmış hakimiyyətə malik olan Rusiya Azərbaycana fayda gətirə biməz.

Etibar Məmmədov: Təəssüf ki, Azərbaycan hakimiyyətində hələ də Rusiya meylli qüvvələr mövcuddur və o insanların bir çoxu da, onların qalıqları da vaxtı ilə, 25 il bundan əvvəl Rusiyanın Azərbaycandakı cəza tədbirlərində iştirak etmiş adamlardır. İdeoloji cəhətdən beyinlərində Azərbaycanın əleyhinə olublar və hələ də onun müstəqil yaşamasına inamsızlıq toxumu səpən insanlardırlar. Təəssüf ki, bu cür insanlar var və onlar da Azərbaycanın o siyasətinə təsir göstərmək imkanlarını əldə ediblər. Təəssüf ki, hələ də bəzi təbliğat aparanlar var ki, elə bil ki, yenidən Azərbaycanın

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

gələcəyi Rusiya ilə bağlıdır və Rusiya Azərbaycana xoşbəxtlik gətirərəck. Ancaq imperiya düşüncəsi ilə formalaşmış hakimiyyətə malik olan Rusiya Azərbaycana fayda gətirə biməz. Rusiya Azərbaycanla ancaq qonşu ola bilər. Azərbaycan onunla qonşu kimi münasibətini saxlamalıdır, ona daxili işlərinə qarışmağa imkan verməməlidir, özü də Rusiyanın daxili işlərinə qarışmamalıdır. Ancaq Rusiyadan ehtiyatlı olmaq lazımdır.

Amerikanın Səsi: Fikrinizcə yeni tarixi böhran yaranarsa, dediyiniz kimi hakimiyyətdə təmsil olunan Ruiyapərəst insanlar yenidən özünü necə biruzə verə bilər? Onlar hakimiyyətdən uzaqlaşdırılmalıdır, yoxsa qalmalıdır?

Rusiyanın qoltuğunun altına girdi, Amerikanın qoltuğunun altına girdi, - bunların elə böyük fərqi yoxdur.

Etibar Məmmədov: Bilirsiniz, hakimiyyətdə təkcə Rusiyapərəst insanlar yoxdur, qərbpərəst insanlar da var. Bunlar düşüncəsi zəif, cılız insanlardır. Bunlar həmişə kiminsə qoltuğunun altına girməyə öyrəşmiş insanlardır. Mənim üçün fərqi yoxdur, Rusiyanın qoltuğunun altına girdi, Amerikanın qoltuğunun altına girdi, - bunların elə böyük fərqi yoxdur. İkisi də öz idarəçiliyini nə isə şəxsi mənfəəti hesabəına başqasına bağışlamağa hazır olan insanlardır. Bunlar ümumiyyətlə hakimiyyətdə təmsil olunmamalıdırlar. Azərbaycanda ancaq Azərbaycan yönlü insanlar, Azərbaycan dövlətinə bağlı, sadiq olan, onu qorumağa hazır olan insanlar hakimiyyətdə təmsil olunmalıdırlar.

Amerikanın Səsi: 20 Yanvarda Azərbaycan xalqının haqq səsini dünyaya yayan mətbuat orqanları, o cümlədən “Azadlıq”, “Amerikanın Səsi” radiolarının bu gün Azərbaycanda yerini necə görürsünüz? Hakimiyyətin münasibətini necə qiymətləndirirsiniz? Digər cəhətdən, Etibar Məmmədov və xalq hərəkatının digər liderlərinə qarşı münasibəti necə qiymətləndirirsiniz?

Mətbuat orqanlarının sıxışdırılması xoşagələn hal deyil. Məncə sərbəstlik verilməlidir.

Etibar Məmmədov: Mətbuat orqanlarının sıxışdırılması xoşagələn hal deyil. Məncə sərbəstlik verilməlidir. Azərbaycanın öz daxilində də mətbuatın sərbəstliyinə şərait yaradılmalıdır. Onların məhz müstəqil olmasına şərait yaradılmalıdır. Təəssüf ki, Azərbaycanda müstəqil mətbuat yoxdur. Siyasi yönümü olan mətbuat mövcuddur. Siyasi yönümsüz, müstəqil, özünü sərbəst hiss edən, sərbəst maliyyə qaynaqlarına malik olan mətbuat orqanları yoxdur. Əgər Azərbaycanda mətbuatın formalaşmasını istəyiriksə nə dövlətdən, nə ayrı-ayrı pullu adamlardan, maqnatlardan asılı olan mətbuat orqanları yox, sərbəst maliyyə mənbələri olan mətbuat orqanalarının yaranmasına çalışmalıyıq. Bunun üçün də yenə də qanunvericilikdə, siyasətdə kifayət qədər dəyişiklik olmalıdır ki, mətbuatın sərbəst maliyyələşmə imkanları olsun.

Amerikanın Səsi: 20 Yanvarın tarixi dərslərindən yanaşsaq bu gün Azərbaycan hakimiyyəti mövcud durumdan çıxması üçün nə etməlidir?

Daxili birlik, daxili həmrəylik və daxili siyasi harmoniya Azərbaycanı bu vəziyyətdən çıxara bilər.

Etibar Məmmədov: Mövcud durumdan çıxması üçün ancaq daxildə həmrəyliyə nail olunmalıdır, daxili harmoniyaya, siyasi harmoniyaya getməlidirlər. Yəni qarşıdurma, bir-birinə düşmən kimi baxmaq, siyasi rəqabəti düşmən rəqabəti səviyyəsinə qaldırmaq görüşlərindən aralanmalıdırlar insanlar, istər hakimiyyətdə oslun, istərsə də müxalifətdə olsun. Daxili birlik, daxili həmrəylik və daxili siyasi harmoniya Azərbaycanı bu vəziyyətdən çıxara bilər.

XS
SM
MD
LG