Accessibility links

Vaşinqtonun Vətəndaşların Etika Məsuliyyəti qrupu (CREW) ABŞ prezidenti Donald Trampın biznes etikasına dair hesabat hazırlayıb.

Sənəddə deyirlir ki, tövrat üzərində and içərək ABŞ Konstirusiyasını müdafiə edəcəyinə vəd verən prezident xarici hökumətlərdən maliyyə almaqla səhvə yol verir.

"Pozuntuların nə dərəcədə dərin olduğunu bilmirik. Belə ki, o, prezident seçilən bir şəxs kimi ilk dəfə Riçard Niksonun təməlini qoyduğu etika göstərici kimi vergilər barədə məlumat açıqlmayıb. Onun xarici biznesləri hələ də sirr olaraq qalır"- deyə hesabatda bildirilir.

Tramp bu yaxınlarda onun qlobal biznes maraqlarını Tramp Təşkilatının icraşı direktoru da daxil edilməklə, iki oğlu- Donald və Erikin davam etdirəcəyini deyib.

Barak Obama və onun sələfi Corc Buşla çalışan etika rəsmiləri bildirir ki, Trampın məsələni açıq saxlaması onun bir prezident kimi maliyyə maraqlarına dair sualları cavabsız qoyub.

CREW prezidentin Vaşinqtondakı keçmiş poçt ofisinin Tramp oteli üçün icarəyə götürməsini də etika qaydalarının pozulması kimi qiymətləndirir.

Qrup hökumət ofisinə şikayət verə bilmədiyini, nə ofisin, nə də Tramp adminitsrasiyasının şikayətə münasibət bildirdiyini deyir.

XS
SM
MD
LG