Accessibility links

Etiraz nümayişləri İordaniyanı bürüdü


Etiraz nümayişləri İordaniyanı bürüdü
Etiraz nümayişləri İordaniyanı bürüdü

Minlərlə nümayişçi İordaniyada küçələrə çıxaraq ölkədəki iqtisadi şəraitə etiraz etmiş və baş nazirin istefa verməsini tələb etmişlər. Paytaxt Amman və başqa şəhərlərdə başlayan nümayişlər Tunisdə oxşar nümayişlərin hökuməti dəyişməsindən sonraya təsadüf edir. Müxtəlif şüarlar səsləndirən nümayişçilər baha ərzaq qiymətlərinə etiraz etmiş və hökuməti korrupsiyanın qarşısını almamaqda ittiham etmişlər. Bu gün baş verən nümayişlər son həftələrin ən irimiqyaslı nümayişləridir. Mitinqlər müxalifət qrupları tərəfindən təşkil olunub. Təşkilatçılar mintiqlərə qərar verərkən baş nazir Samir əl-Rifainin vədlərinə məhəl qoymayıblar. Baş nazir vəd etmişdi ki, hökumət işçilərinin maaşları və pensiyalar artırılacaq.

XS
SM
MD
LG