Accessibility links

"Milliyətçi Gənclər Təşkilatı"nın təşəbbüsü ilə Çinin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiyada bu ölkədə yaşayan türkdilli xalqlara qarşı təzyiqlərə etiraz edilib.

Çin səfirliyi qarşısında etiraz aksiyası (Foto Milliyyətçi Gənclər Təşkilatının Facebook səhifəsindəndir)

Çin səfirliyi qarşısında etiraz aksiyası (Foto Milliyyətçi Gənclər Təşkilatının Facebook səhifəsindəndir)

Aksiyanın təşkilatçılarından Müşfiq Vəliyev bildirib ki, son zamanlar Şərqi Türküstanda Uyğur Türklərinə qarşı Çin rejimi tərəfindən yaşlı, uşaq, qadın demədən təzyiqlər törədilməkdədir.

“Onların tək günahı türk və müsəlman olmalarıdır. Biz Azərbaycan türkləri olaraq Xocalıda bu vəhşilikləri görmüşük, əzilən insanların hüquqlarını müdafiə bizim əsas vəzifəmizdir. Şərqi Türküstanda soydaşlarımıza, qan qardaşlarımıza edilən bu vəhşətə etiraz etmək hər birimizin vicdan borcudur”, o qeyd edib.

Show comments

XS
SM
MD
LG