Accessibility links

İranın müxtəlif etnik cəmiyyətlərinin 150 ritual musiqi sənətçisindən təşkil olunan “Sülh Kərvani” adlı bir qrup Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran vilayətində şənlik mərasimləri keçirir.

İran Radio Televiziya Təşkilatına bağlı olan Gənc Jurnalistlər Klubunun yaydığı məlumata görə, mazani, gilək, kürd, lur, bəluç, ərəb, cənubi, fars, türk və bəxtiyari etnik cəmiyyətlərin təmsilçiləri Novruz münasibətilə təşkil edilmiş bu şənliklərdə öz musiqi və mahnıları ifa edəcəklər.

Tədbirlərin İran-İslam Novruz və Sülh Festivalı tərəfindən təşkil ediliyi bildirilir. Festivalın katibi Əli Damadi bu tədbirin milli vəhdət, regional həmrəylik və dünyada sülh şüarı ilə təşkil edildiyini söyləyib.

Sülh Kərvani martın 23-dən 27-ə qədər davam edəcək.

XS
SM
MD
LG