Accessibility links

Azərbaycan Strasburqda Etno-jazz konserti təşkil edir


Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Konsert Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması çərçivəsində olacaq

Mayın 14-də1 Srasburqda Etno-jazz konserti və Azərbaycan mətbəx nümunələrinin təqdimatı təşkil olunacaq.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Azərbaycanın milli musiqi formalarından və alətlərindən istifadə edərək caz üslubu məcrasında ifadan yaranan "Etno-caz" janrında konsert caz ifaçısı İsfar Sarabski və onu müşayiət edən musiqiçilərin təqdimatında keçiriləcək. Mətbəx təqdimatı çərçivəsində isə Azərbaycanın mətbəx mədəniyyətinin nümunələri Avropa ictimaiyyətinə təqdim olunacaq. Bu məqsədlə Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə bir qrup aşpaz Strasburqda səfərdədir.

Xatırladaq ki, mayın 14-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi başlayır.
XS
SM
MD
LG