Accessibility links

Tullantılardan alternativ formada istifadə havanın çirklənməsinin azaldılmasında böyük rol oynayır.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, bu il ABŞ-da noyabrın 15-də “Tullantılardan İstifadə Günü” qeyd olunur.

“Keep America Beautiful” təşkilatının təşəbbüsü ilə ABŞ-da tullantıların azaldılması və təkrar istifadəsinin əhəmiyyəti haqqında maarifləndirmə işləri aparılır. Bu təşkilat amerikalıları tullantılardan istifadə etməyə və məhz tullantı materiallarından hazırlanmış əşyalara üstünlük verməyə təşviq edir, çünki bu yolla biz çox qiymətli və məhdud olan təbii sərvətimizi qorumuş oluruq”, səfirliyin məlumatında deyilir.

Səfirlik bildirir ki, Azərbaycanda ən sosial məsuliyyətli və bu ideyaya sadiq şirkətlərdən biri 'Bazar Store`dur.

“Onların Badamdardakı mağazasında tullantıları toplama məntəqəsi yaradılıb. Siz istifadə olunmuş kağız və karton qutuları ora təhvil verə bilərsiniz. Səfirliyimizin tullantılardan istifadə proqramı var və biz səfirlikdə tonlarla kağızı, plastiki, karton və dəmiri təkrar istifadə edərək Bakımızı yaşıl saxlamağa çalışırıq. Siz də bizə qoşulun və bizimlə birgə ətraf mühiti qoruyun!”, səfirlik qeyd edir.

Show comments

XS
SM
MD
LG