Accessibility links

ABŞ səfirliyi: Azərbaycanın şəhərlərini yaşıllaşdırmaq üçün nə edə bilərik?


Nyu-York

Nyu-York

Şəhərlərdəki ağaclar havanın temperaturunu aşağı salır və onun çirklənməsini azaldır.

The Nature Conservancy-nın araşdırmalarına görə, problemin aradan qaldırılması və havanın çirklənməsi səbəbindən insan ölümlərinin sayının azalmasına nail olmaq üçün 3.2 milyard dollar vəsait lazımdır.

Vaşinqton

Vaşinqton

“Bu da dünyanın 245 ən böyük şəhərində adambaşına cəmi 4 dollar təşkil edir. Hesablamalara əsasən, bu yolla bir ildə 36 000 insan həyatını xilas etmək, 48 milyard kilovat/saat elektrik enerjisinə qənaət etmək və 13 milyon tonadək karbon dioksidin emissiyasının azaldılmasına nail olmaq mümkündür” araşdırmada deyilir.

ABŞ-da ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən təşkilatlardan biri Arbor Day Foundation 1976-cı ildən etibarən ABŞ-da şəhərlərin yaşıllaşdırılması ilə məşğuldur. Onlar ətraf mühitin qorunması üçün müxtəlif stimullaşdırıcı proqramlar həyata keçirir və onlardan biri də məhz “Enerjiyə Qənaət Edən Ağaclar” lahiyəsidir. Bu layihəyə görə, insanlar ağac əkməklə yay aylarında elektrik ödənişlərinə 20% endirim əldə edirlər.

ABŞ-ın Azərbaycandakı səfirliyi sual edir: "Sizcə, Azərbaycanın şəhərlərini yaşıllaşdırmaq üçün nə edə bilərik?"

Show comments

XS
SM
MD
LG